10 C
Baku
4 Dekabr 2025, 7:02
Digər

Yaponiyanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verdi

Bugun.tv xəbər verir ki, Yaponiyanın şimal-şərqindəki Miyaqi prefekturasının sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, hadisə yerli vaxtla saat 04.33-də və 60 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə nəhəng dalğa xəbərdarlığı edilməyib.

Yeraltı təkanlar bütün şimal-şərq əyalətlərində, o cümlədən yaxınlıqdakı İvate və Fukuşimada hiss olunub.

Miyagidə Tohoku Electric Power tərəfindən idarə olunan Onaqava Atom Elektrik Stansiyasında heç bir anormallıq aşkar edilməyib.

NHK ictimai yayımının yerli bələdiyyəyə əsaslanaraq verdiyi məlumata görə, Tohoku, Yamaqata və Akita yüksək sürətli qatar xətlərinin işində heç bir fasilə yaranmayıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Hərəkətdə olan avtobus yandı

Bugün TV

E.Mirzəbəyli: “Zorla, süni vasitələrlə edilən nə varsa ekspansiyadır, inteqrasiya deyil”

Bugün TV

Mustafa Kamal Atatürkün yeni videogörüntüləri ilk dəfə ictimaiyyətlə paylaşıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu