17 C
Baku
10 İyun 2025, 1:42
Baş xəbərDünya

Yaponiyanın xarici işlər naziri Ukraynaya gözlənilməz səfərə gəldi

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib.

Bugun.tv xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazir Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparacaq.

Yaponiyalı nazirin bir sıra Avropa ölkəsinə, o cümlədən Polşa və Finlandiyaya, həmçinin ABŞ və Türkiyəyə səfəri gözlənilirdi. Ancaq Ukraynaya səfər barədə əvvəlcədən məlumat verilməmişdi.

Yoko Kamikava qışda Ukraynanın elektrikləşdirilməsi üçün lazım olan avadanlığın böyük partiyasının qarşı tərəfə təhvil verilməsi mərasimində də iştirak edəcək.

Fevralın 19-da Tokioda Ukraynanın iqtisadi inkişafı və bərpasına dair Yapon-Ukrayna konfransı keçiriləcək. Konfransda Ukraynanın Baş nazir Denis Şmıqalın iştirakı gözlənilir.

İntizar Əmirova

Oxşar xəbərlər

Hubble Kosmik Teleskopu 35 illik yubileyində dörd sürpriz foto paylaşır

Aynur Camal

Ağır yol-nəqliyyat hadisəsi baş verdi- FOTO, VİDEO

Aynur Camal

Laçında Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin lövhələrin açılışı oldu-FOTOLAR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu