Baş xəbərDünya

Yaramaz dələ minlərlə insanı işıqsız qoydu

Kanadanın Toronto şəhərində minlərlə insana və müəssisələrə təsir edən elektrik kəsilməsinə dələ səbəb olub. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada, stansiyada bir dələnin transformatorla toqquşması nəticəsində qoruyucunun düşdüyü bildirilib. Kanadada maraqlı hadisə baş verib. Torontonun böyük bir ərazisində elektrik enerjisi qəfil kəsildi. Hydro One əvvəlcə John Street və Wellington Street West yaxınlığındakı Con Transmissiya Stansiyasında enerji təchizatı itkisini qeyd etdi.

Təxminən üç saat sonra elektrik enerjisi bərpa edilib.

“Hydro One” sosial media hesabından verdiyi açıqlamada stansiyada bir dələnin transformatora toxunduğunu və bunun nəticəsində qoruyucunun düşdüyünü bildirib.

“Con Transmissiya Stansiyasında heyvanların təhlükəsizliyini təmin etmək və onların stansiyaya daxil olmasının qarşısını almaq üçün bir sıra maneələr var. Gələcəkdə belə hadisələrin qarşısını almaq üçün əlavə tədbirlər görəcəyik”, – enerji şirkəti bildirib.

Hadisədən sonra dələnin sağ qalıb-qalmaması barədə məlumat verilməyib.

Bu gəmiricinin minlərlə su istehlakçısını elektriksiz qoyması ilk dəfə deyil. Keçən ilin may ayında dələ Corc küçəsi və Kinq-strit Şərqi yaxınlığındakı transformatora toxunaraq yanğına və sonradan elektrik enerjisinin kəsilməsinə səbəb olmuşdu.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Vaqner qrupu dövlət tərəfindən maliyyələşdirilir” – PUTİN AÇIQLAMA VERDİ

Kəmalə Sultan

Kosmik stansiyada müəmmalı qoxu panikası: Astronavtlar təşvişə düşdü

Aynur Camal

Yaponiya səhmləri bütün zamanların ən yüksək səviyyəsinə qalxır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu