“Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Rayonun yerli sakinlərinin məlumatına görə, yasda təkcə çay süfrəsinə icazə verilir. Əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnir”.
Media.az -ın verdiyi bu xəbərlə bağlı biz də Bugun.tv olaraq, fəlsəfə doktoru, dinşünas Elvüsal Məmmədov müəllimdən mövzu ilə əlaqədar müsahibə aldıq.
Ekspertin sözlərinə görə, ölkəmizdə bununla bağlı hələ ki, qanun qəbul edilməyib. Samux rayonunda isə bu barədə yerli sakinlər, oranın ağsaqqalları qərar qəbul ediblər. Və düşünürəm ki, bu da müsbət bir addımdır. Sadə ehsan süfrəsi verilməsi şəriyyətimizə də uyğundur: “Ümumiyyətlə İslam dinində ilk 3 gün ərzində ehsan vermək mövcud deyil. Bizim peyğəmbərimizin (s.ə.s) dövründə belə bir təcrübə olmayıb. Əksinə peyğəmbərimizin buyuruğu ilə qonşuları təşviq ediblər ki, vəfat etmiş şəxsin yaxınlarına, qohumlarına, ailəsinə başsağlığı verməyə gələnlər üçün, əsasən uzaqdan gələnlər üçün yemək hazırlayıb gətirsinlər. Yəni şəriətmizdə vəfat etmiş şəxsin ailəsinin ilk 3 gündə özünün ehsan verməsi, əsasəndə ifrata yol verilməsi yoxdur. Düşümürəm ki, ölkəmizdə də yas mərasimlərində ehsan süfrələrindəki ifrata yol verilmənin aradan qaldırılması məqsədə uyğundur. Günümüzdə bu haqda maarifləndirmə tədbirləri gedir. Amma müşahidələrimizə görə, əhali müəyyən səbəblərdən bu maarifləndirmə tədbirlərinə adekvat reaksiya vermir. Eyni zamanda, dövlət tərəfindən qanunun qəbul edilməsi, belə bir qadağanın qoyulması düşünürəm ki, məqsədə uyğun olardı” – deyə ekspert vurğulayıb.