28 C
Baku
14 İyun 2025, 20:27
Sosial

“Yas mərasimində təkcə çay süfrəsinə icazə verildi”

“Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Rayonun yerli sakinlərinin məlumatına görə, yasda təkcə çay süfrəsinə icazə verilir. Əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnir”.

Media.az -ın verdiyi bu xəbərlə bağlı biz də Bugun.tv olaraq, fəlsəfə doktoru, dinşünas Elvüsal Məmmədov müəllimdən mövzu ilə əlaqədar müsahibə aldıq.

Ekspertin sözlərinə görə, ölkəmizdə bununla bağlı hələ ki, qanun qəbul edilməyib. Samux rayonunda isə bu barədə yerli sakinlər, oranın ağsaqqalları qərar qəbul ediblər. Və düşünürəm ki,  bu da müsbət bir addımdır. Sadə ehsan süfrəsi verilməsi şəriyyətimizə də uyğundur: “Ümumiyyətlə İslam dinində ilk 3 gün ərzində ehsan vermək mövcud deyil. Bizim peyğəmbərimizin (s.ə.s) dövründə belə bir təcrübə olmayıb. Əksinə peyğəmbərimizin buyuruğu ilə qonşuları təşviq ediblər ki, vəfat etmiş şəxsin yaxınlarına, qohumlarına, ailəsinə başsağlığı verməyə gələnlər üçün, əsasən uzaqdan gələnlər üçün yemək hazırlayıb gətirsinlər. Yəni şəriətmizdə vəfat etmiş şəxsin ailəsinin ilk 3 gündə özünün ehsan verməsi, əsasəndə ifrata yol verilməsi yoxdur. Düşümürəm ki, ölkəmizdə də yas mərasimlərində ehsan süfrələrindəki ifrata yol verilmənin aradan qaldırılması məqsədə uyğundur. Günümüzdə bu haqda maarifləndirmə tədbirləri gedir. Amma müşahidələrimizə görə, əhali müəyyən səbəblərdən bu maarifləndirmə tədbirlərinə adekvat reaksiya vermir. Eyni zamanda, dövlət tərəfindən qanunun qəbul edilməsi, belə bir qadağanın qoyulması düşünürəm ki, məqsədə uyğun olardı” – deyə ekspert vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

“Uşaqlarınıza sənət verin”! – SOSİOLOQ ÇAĞIRIŞ ETDİ

Bugün TV

Yasamal rayon sakinlərinin şikayətinə niyə baxılmır?-VİDEO

Bugün TV

“Böyük Qayıdış” adlı aksiya keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu