27 C
Baku
28 İyun 2025, 13:09
Sosial

Yasamal rayonunda ağaclar iaşə obyektləri ilə əvəz olunur

Paytaxtın Yasamal rayonunda təbiət, iaşə obyektlərinin qurbanına çevrilib. Bu qanunsuzluq Şərifzadə küçəsi 144 ünvanı, “Qəbələ Residence” yaşayış massivinin sol hissəsində qeydə alınıb. Müşahidələr nəticəsində məlum olub ki, həmin ərazidəki ağaclar kökündən qoparılaraq, yeni iaşə obyektləri ilə əvəz olunur.
Bugun.tv olaraq, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini, Təravət Muradova ilə əlaqə saxladıq. O, məsələdən xəbərsiz olduğunu dedi. Daha sonra ünvanı dəqiqləşdirərək, ərazi idarəetmə şöbəsinə bununla bağlı məlumat verildiyini, yaxın zamanda müvafiq tədbirlər görüləcəyini bildirdi.

Həmin foto və videogörüntüləri reportyor.info – ya istinadən sizə təqdim edirik

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərimizdə işləyənlər üçün hansı dəstək və güzəştlər nəzərdə tutulub?

Aynur Camal

İranın regional maraqlarına ictimai münasibət – Rəy sorğusu

Nigar Məmmədova

Pensiya ilə bağlı qərar bu gün açıqlanacaq

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu