Hadisə

Yasamalda çoxmərtəbəli binada güclü yanğın: 3 nəfər ölüb, 20 nəfər zəhərlənib

Bakının Yasamal rayonunda yerləşən Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və təcili tibbi yardım qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə nəzarətə götürülərək tam söndürülüb.

Hadisə nəticəsində ölən və xəsarət alanlar var.

İlkin məlumata görə, yanğın saat 19:50 radələrində binanın elektrik şaxtasında başlayıb və sürətlə tüstülənmə yaradıb. Mənzillər birbaşa alovlanmasa da, güclü tüstü səbəbindən bina sakinlərinin təxliyəsinə ehtiyac yaranıb.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı 20 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onlara lazımi tibbi yardım göstərilir.

Təəssüf ki, yanğın zamanı 3 nəfər Samir Məmmədov – 1983-cü il təvəllüdlü, Könül Hümbətova – 1977-ci il təvəllüdlü, Arzu Qənbərli – 2018-ci il təvəllüdlü şəxslər hadisə yerində həyatını itirib.

Hadisə yerinə gələn prokurorluq əməkdaşları müayinə aparıb və faktla bağlı cinayət işi başlanıb. Yanğının dəqiq səbəbləri araşdırılır.

Sakinlər bildirir ki, tüstü çox güclü olduğundan binanı tərk etmələri çətinləşib. Bir neçə nəfər yanğınsöndürənlər tərəfindən xüsusi maskalarla çıxarılıb.

Hazırda Yasamalda baş vermiş yanğınla bağlı araşdırma davam edir. FHN hadisənin tam nəzarət altına alındığını, binanın təhlükəli vəziyyətdə olmadığını bildirib. Ölənlərin ailələrinə başsağlığı verilir, yaralıların vəziyyəti isə həkim nəzarətindədir.

Mənbə: Fövqəladə Hallar Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Rus polis əməkdaşına bombalı hücum edildi

Aynur Camal

Güclü qış fırtınası ABŞ-ın şimal-şərqində məktəbləri bağlayıb, həyatı iflic edib

Aynur Camal

Güclü yağışlar səbəbindən fövqəladə vəziyyət elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu