20 C
Baku
28 İyun 2025, 2:52
Digər

“YAŞAT” Fondunun hesabına daxil olan vəsait açıqlanıb, 184 nəfər müalicəyə göndərilib

Bu günə qədər “YAŞAT” Fondunun hesabına 75 846 318.85 AZN vəsait daxil olub.

Bugun.tv xəbər verir ki, bunu Fondun rəhbəri Elvin Hüseynov deyib.

Fond rəhbəri bildirib ki, həmin vəsaitdən Fondun istiqamətləri üzrə 71 612 351.53 AZN məbləğində vəsait xərclənib, qalıq vəsait isə 4 233 967.32 AZN təşkil edib.

O bildirib ki, “YAŞAT” Fondu tərəfindən 184 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib. Elvin Hüseynovun sözlərinə görə, Türkiyəyə göndərilən şəxslərdən 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür: “Müalicə alanlardan 160-ı artıq ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir”.

Qeyd olunub ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən 22 449 998.04 AZN vəsait xərclənib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Dəri gənələrinin yaranma səbəbləri və müalicəsi-HƏKİMDƏN AÇIQLAMA

Nigar Məmmədova

Ankara-Diyarbəkir turizm qatarı bu gün yola düşür

Bugün TV

“Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir”   

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu