25 C
Baku
19 İyul 2025, 23:49
Baş xəbərKriminal

Yaşayış evlərdən oğurluq edən şəxslər saxlanıldı

Bugun.tv xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları və pul oğurlanması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri keçirilib. Tədbirlər nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən şəxs tapılıb. Onun rayon sakini Elxan Məmmədli və bir yeniyetmə müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, E.Məmmədli tanışı olan yeniyetmə ilə qabaqcadan əlbir olaraq zərərçəkmişin yaşadığı ünvana qanunsuz daxil olub. Daha sonra oradan dəyəri 8855 manat olan qızıl-zinət əşyaları və 190 manat pul oğurlayaraq 9000 manatdan çox maddi ziyan vurublar.

Oğurluq yolu ilə ələ keçirdikləri qənimətlərin əksəriyyətini dəyərindən ucuz qiymətə satan həmin şəxslər əldə etdikləri pulları öz aralarında bölüblər. Qızılların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün təxribatları dayandırmalıdır”

Nigar Məmmədova

İstirahət günləri üçün milli parklarda gözlənilən hava şəraiti

Aynur Camal

“Yolyemezler” mütəşəkkil cinayət qrupu məhv edildi: 19 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu