21 C
Baku
28 İyun 2025, 1:04
Baş xəbərSosial

“Yaşayış minimumu haqqında” Qanun qəbul edildi

Sosial yardım məbləği nə qədər artacaq?

“Milli Məclis “Yaşayış minimumu haqqında” Qanunu qəbul etdi. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək”.

Bugun.tv xəbər verir ki, bu qanun barədə Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial media hesabında məlumat verib.

Millət vəkili həmçinin qeyd edib ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq.

Eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşərək təsdiq olunacaq. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.

Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Nəticədə, ehtiyac meyarının artırılması sosial yardım məbləğinin də yüksəlməsinə imkan verəcək. Çünki, o meyar nə qədər çox artırsa dövlət büdcəsindən sosial yardıma o qədər çox vəsait ayrılır. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir.

Aynur Camal

Oxşar xəbərlər

Berlində və Brüsseldə antisemitizmə qarşı mitinq təşkil edildi

İntizar Əmirova

İşinin girovuna çevrilən könüllü qullar: Qandalanan şüurlar

Bugün TV

Mərcan riflərinin 80%-dən çoxu ağardıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu