Nigeriyada benzinə verilən subsidiyaların aradan qaldırılmasından sonra bahalaşmaya qarşı etirazlarda 17 nəfər həyatını itirib.
Etirazların keçirildiyi bəzi ərazilərdə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında zorakılıq hadisələri baş verib.
Milli mətbuatda yer alan xəbərlərə görə, 17 nəfər həyatını itirib, onlarla insan yaralanıb, çoxlu binalar yandırılıb.
Ölkə daxilində yaşayış bahalığının zorakılığa çevrilməsinə qarşı dünən başlayan etirazlar səbəbilə bəzi ştatlarda komendant saatı elan edilib.
Qeyri-hökumət təşkilatları benzinə verilən subsidiyaların ləğvindən sonra avqustun 1-dən bütün ölkə boyu 10 günlük etiraz aksiyası keçirməyi planlaşdırdıqlarını açıqlamışdı.
Nigeriya Prezidenti Bola Əhməd Tinubu 29 may 2023-cü ildə neft məhsullarına verilən subsidiyanı ləğv etdi.
Qərardan sonra ölkədə yanacağın qiyməti qalxıb.
Litri 185 nairaya (0,24 dollar) satılan yanacağın qiymətinin 620 nairaya (0,82 dollar) qalxması yaşayış minimumunun artmasına səbəb olub.
Mənbə: Haber Global