8 C
Baku
23 Dekabr 2024, 7:47
Baş xəbərSosial

YASHMA adlı yeni qiymətləndirmə sistemi kəşf edilib

 Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq Sərxan Elbəyiyev uşaqlarda beyin zədələnməsini öncədən təxmin edə bilən YASHMA adlı yeni qiymətləndirmə sistemini kəşf edib.

Bu, tibb sahəsində innovativ addımdır. Belə ki, artıq yeni qiymətləndirmə sisteminin dəstəyi ilə doğuş zamanı bəzi səbəblərdən oksigensiz qalan yeni doğulmuş körpələrdə beyin zədələnməsini Maqnit Rezonans Tomoqrafiya (MRT) olmadan belə qiymətləndirmək mümkündür. Bununla uşaqlarda beyin zədələnməsinin olub-olmadığı öncədən bilinəcək.

 Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti tərəfindən irəli sürülən yeni metod 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən hərbçilərimizin şərəfinə YASHMA adlandırılıb. Yeni qiymətləndirmə sistemi və onun işləmə prinsipi haqqında məqalə dünyaca məşhur “Oxford Academic Journal of Tropical Pediatrics” elmi jurnalında dərc olunub: academic.oup

Tibbdə yeni olan bu sistem aşağı gəlirli ölkələrdə beyin zədələnmələrini öncədən müəyyən etməyə, uşaqların nevroloji və beyin inkişafı baxımından daha yaxından izlənilməsi, erkən diaqnoz və müalicəsinə şərait yaradacaq.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da silahlı hücum: 7 yaralı var

Bugün TV

Şahzadə Diananın bluzası hərraca çıxarıldı

Teymur Əziz

Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirilib

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu