14 C
Baku
17 Fevral 2026, 12:32
Baş xəbər

“Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi həyata keçirilir

COP29 çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Dövlət Universiteti (BDU), Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi və Afrika Gənclərinin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə ekoloji problemlərin həllinə və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi həyata keçirilir.

Bugun.tv-xəbər verir ki, layihə çərçivəsində texnologiya transferi, ekoloji layihələrin yazılması, tədqiqat metodları, yaşıl texnologiyaların transferi və yaşıl sahibkarlıq mövzularında təlimlər təşkil olunub. Bu təlimlərdə iştirakçılar ekoloji problemlərin həllinə yönəlmiş müasir yanaşmalar və innovativ həllər barədə məlumat əldə ediblər.

 

 

Layihənin əsas məqsədi su qıtlığı, torpaqların şoranlaşması və meşə fondunun azalması kimi ekoloji problemlərin həlli üçün sosial maarifləndirməni artırmaq və beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

 

 

Bu məqsədlə yaradılan “Yaşıl Dialoq Forumu” hökumət nümayəndələri, özəl sektor ekspertləri və akademik dairələri bir araya gətirərək, ekoloji məsələlərin müzakirəsi və həlli üçün illik platforma rolunu oynayacaq.

Aynur Camal

Oxşar xəbərlər

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

“Azərbaycan-Ermənistan ticarət əlaqələri rəsmi statistikada əksini tapıb”

Aynur Camal

Rəsmi olaraq Azərbaycan və Serbiya strateji tərəfdaşlıq şurası yaradıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu