19 C
Baku
8 Sentyabr 2024, 3:59
Baş xəbər

“Yaşıl dünya naminə həmrəylik”

Bugun.tv xəbər verir ki, Dost İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunan tədbirdə həssas qrupun nümayəndələri də iştirakı ediblər. Onlar modelyerlərin artıq parçalardan hazırladığı geyimlərdə səhnəyə çıxıb, əl işlərini sərgiləyiblər. Bu barədə maniken Seda Babayeva məlumat verib. “Artıq 2 ildir ki, Dost İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzində Xalçaçı-Rəssam bölməsində təlim alıram. Səmimi və peşəkar kollektiv sayəsində bu qədər müddətdə çox şey öyrənmişəm. Bunun üçün də mərkəzin bütün heyətinə dərin təşşəkürümü bildirirəm”.

Onun sözlərinə görə, tədbirə hazırlıqlar 1 aydan çox çəkib. “Məşqlər keçirilirdi və mən bu məşqlərdə sevə-sevə iştirak edirdim. Tədbirimiz “Dünyanın qayğısına qal” şüarı ilə baş tutdu. Məqsədimiz ilk öncə birlik olmaq və bu birliyin sayəsində dünyaya, təbiətə laqeyid yanaşmamaq, canlı və cansız bildiklərimizin qayğısına qalmağı aşılamaq idi. Ümid edirəm ki, bu cür tədbirlərimizin davamı olacaq və biz də bunun sayəsində hisslərimizi, düşüncələrimizi, istəklərimizi cəmiyyətə çatdıra biləciyik”, – deyə, S.Babayeva əlavə edib.

Sevinc Sadıqova

Oxşar xəbərlər

Paytaxtda oğurluq edən şəxs yaxalandı

Kəmalə Sultan

Roma sarkofaqı ələ keçirildi

Aynur Camal

Bundan sonra Somalidə prezidenti xalq seçəcək

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu