8 C
Baku
12 Dekabr 2024, 9:00
İdman

Yaşlı qadın sağlamlığı üçün idmanla məşğul oldu

Bugun.tv xəbər verir ki, ABŞ sakini qocalıqda bodibilderlə məşğul olub. Bodibilderlər arasında keçirilən yarışlarda iştirak edib. Bu barədə The Sun xəbər verib.

Texasdan olan 72 yaşlı Renee Landers həmişə aktiv həyat tərzi keçirib. Lakin yaşlandıqca sağlamlıq problemləri ilə üzləşib. On ildən çox əvvəl o, zədələnmiş fəqərələrin birləşərək hərəkətsiz hala salındığı cərrahi əməliyyat olan onurğanın qaynaşması əməliyyatından keçib. Əməliyyatdan sonra mümkün qədər tez sağalmaq üçün idmanla məşğul olub.

Qadın əzələ kütləsini daha effektiv şəkildə qurmaq üçün pəhrizinə nəzarət etməyə başlayıb. 69 yaşında fitnes bikini kateqoriyasında bodibilderlər üçün yarışlarda iştirak edib. “Parlaqlı bikini geyinmək və yad adamların izdihamı qarşısında səhnədə gəzmək üçün cəsarət toplamaq bir neçə il çəkdi. Ancaq ilk çıxışdan sonra başa düşdüm ki, mən öz xalqımı tapmışam”, – bodibilder xatırlayır.

Landers daha sonra ikinci ən vacib bodibildinq yarışmasında – Arnold Classic-də iştirak edib. Hətta onun kumiri Arnold Şvartseneggeri səhnə arxasında görüb. İndi o, sosial şəbəkələrdə aktivdir. Burada nailiyyətlərindən danışır. Digər qadınları ruhlandırmağa çalışır. Landers həyatının yaxşılaşdığını qeyd edib.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

“Fənərbaxça” könüllüləri zəlzələdən zərərçəkənlərlə görüşdü

Nigar Məmmədova

Vinq Çun Federasiyasının baş məşqçisi Arzuman Rəsulzadə: “Bu il bizi böyük yarışlar, Dünya və Avropa çempionatları gözləyir”  

Bugün TV

“Trabzonspor” Sankt-Peterburq klubunun müdafiəçisini almaq niyyətindədir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu