6 C
Baku
29 Yanvar 2026, 18:58
Dünya

Yatmaq vərdişləri ürək xəstəlikləri riskinə təsir edir

Yatmaq vərdişləri

Yeni elmi araşdırma göstərir ki, gec vaxt yatmağı üstün tutan insanlar (“night owl” — gecə bayquşu) ürək damar xəstəlikləri və insult riskini daha yüksək dərəcədə yaşayırlar. American Heart Association jurnalında dərc olunan tədqiqatda 39–74 yaş arasında 320 000-dən çox Britaniyalı iştirak edib.

Araşdırmada iştirak edənlər özlərini “tam səhər insanı”, “tam gecə insani” və ya aralıq tip kimi təsnif ediblər. Nəticələr göstərib ki, gecə tipi insanlar ürək xəstəlikləri riskinə 16% daha çox meyllidirlər. Bu risk zamanı qısa yuxu müddəti, yüksək qan şəkəri, piylənmə və siqaret kimi faktorlar rol oynayırdı.

Elm adamları qeyd ediblər ki, gecə həyat tərzi ilə səhər rejimi arasında uyğunsuzluq, gündəlik ritmlə ziddiyyət yaradır və bu, ürək sağlamlığı üçün əlavə risk faktorudur. Araşdırmaya görə, gecə tip insanların daha çox nikotin istifadəsi və az yuxu müddəti ürək-damar sağlamlığını pisləşdirir.

Tədqiqat müəllifləri vurğulayırlar ki, ürək xəstəliklərinin qarşısını almaq üçün yalnız vərdişləri dəyişmək deyil, həm də ümumi sağlam həyat tərzinə diqqət yetirmək lazımdır. Bu da pəhriz, fiziki fəallıq və stressin idarə olunmasını əhatə edir.

Mənbə: ABC News

Aynur Camal

Oxşar xəbərlər

Tədqiqatlar: Nəvələrə gün keçirtmək orqanizmi gəncləşdirir

Aynur Camal

Rza Pəhləvi beynəlxalq dəstəyə çağırış etdi

Aynur Camal

Dünya liderləri NATO-nun gələcəyini müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu