Bugun.tv Avropa mediası ilə bağlı apardığı araşdırmalara əsaslanaraq, yaxın 10 ildə tələbat olacaq 9 peşəni müəyyənləşdirib. Səhiyyə – həkimlərə, tibb bacılarına, psixiatrlara və digər mütəxəssislərə, xüsusən də bu sektorun əhəmiyyətini vurğulayan COVID-19 pandemiyasından sonra tələbat qalmaqdadır. Su təsisatı ustası, elektrik və qaz işçiləri – bu peşələri avtomatlaşdırmaq çətindir və insanlar gündəlik problemləri həll etmək üçün onlara ehtiyac duyacaqlar. Şəxsi maliyyə məsləhətçiləri – 2031-ci ilə qədər bu sahədə vakansiyaların sayının 15% artacağı proqnozlaşdırılır. Daşınmaz əmlak, müqavilələrin tərtib edilməsi və boşanmalarda hüquqi yardım – yaxın 10 ildə vəkillərin sayının 10% artacağı gözlənilir.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
