HƏMAS lideri İsmayıl Haniyə İranda öldürüldükdən sonra Fransa İrandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb. Fransadan sonra Polşa da öz vətəndaşlarına xəbərdarlıq edib.
Fransa HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsindən sonra bölgədə hərbi gərginliyin artması riski səbəbindən İrandakı vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.
Fransa Xarici İşlər Nazirliyi İrandakı öz vətəndaşlarına xəbərdarlıq etdi
Yayımlanan xəbərdarlıqda Haniyənin öldürülməsindən sonra İsrail ilə İran arasında ciddi hərbi gərginlik təhlükəsinə diqqət çəkilərək, İrandakı Fransa vətəndaşlarından ən qısa zamanda bu ölkəni tərk etmələri istənilib.
‘QIRMIZI SƏVİYYƏ’ XƏBƏRDARLIĞI!
Bütün İran ərazisinin səyahət xəbərdarlığı üçün qırmızı səviyyədə olduğunu xatırladan xəbərdarlıqda deyilir: “Fransa vətəndaşlarına hər hansı səbəbdən İrana getməmək rəsmi olaraq tövsiyə olunur” ifadəsi işlədilib.
Fransanın ardınca Polşa da öz vətəndaşlarına Livan, İsrail və İrana səyahət etməmək barədə xəbərdarlıq edib.
Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib.
İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu bildirsə də, Təl-Əviv rəhbərliyi bu sui-qəsdlə bağlı susqunluğunu davam etdirir.
7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumlarını davam etdirən İsrail, şimal sərhədində də Livan Hizbullahı ilə toqquşur.
Mənbə: tgrthaber.com