15 C
Baku
24 Noyabr 2024, 6:11
Digər

Yaz allergiyalarından necə qorunaq?

Baharın gəlişi hər birimizdə xoş əhvali-ruhiyə yaradır. Lakin bu mövsümün özü ilə gətirdiyi problemlər də var. Soyuq qış günlərindən sonra hər kəs yazın ilıq havasını hiss etmək istəyir. Təbiətdəki dəyişikliklərin insan orqanizmində də bir sıra təsirləri olur. Bunlardan biri də allergiyadır. Yüngül və ağır formada özünü göstərən allergik reaksiyalar zamanı nə etməliyik?
Düzdür, baharın havasını hiss etdikcə parklarda, açıq havada vaxt keçirmək istəyirik. Ancaq allergiyası olan şəxlər bu mövsümdə narahatlıqla qarşılaşırlar. Tozlanma ağacların çoxalmasını təmin etsə də, ağız, burun, göz və ciyərlərimizə qıcıqlandırıcı təsir göstərir. Lakin allergiyalar təkcə tozlanma ilə bağlı olmur.
Allerqoloq Ramin Nəriman həssas insanların diqqət etməli olduğu məqamlardan danışıb. “Yaz fəslində ev tozu gənələrinin balalaması artır. Ev tozu gənələri istənilən yaşayış yerində var. Allergiyası olan şəxs yatdığı, istifadə etdiyi otaqdan yun əşyaları yığışdırmalı, yorğan döşəyini tez-tez dəyişdirməlidir. Həmin insanlar yaxşı olar ki, öz fəaliyyətlərini günün ikinci yarısında həyata keçirsinlər. Küləkli havada bayıra çıxmasınlar, bu halda baş örtüklərindən istifadə etsinlər. Gün eynəklərindən qoruyucu maskalardan istifadə olunmalıdır. Evə döndükdən dərhal sonra duş qəbul edilməldir. Üst geyimlərini yataq otağına aparmaq olmaz”.
Fəsil dəyişikliyi olan ərəfədə allergik əlamətlər burun boğazda da üzə çıxır. Qulaq-burun-boğaz cərrahı Nuray Şükürova deyir ki, burunda selikli ifrazatın olması, qaşınma və tənəffüsün çətinləşməsi zamanı cərraha yox, allerqoloqa müraciət edilməlidir.
Cərrah-lor Nuray Şükürova deyir ki, allergiyanın nəyə qarşı olduğunu bilmək üçün test verilməlidir. Bu isə allerqoloqlar tərəfindən icra olunur. Bu lor həkiminin işi deyil. “Pandemiyadan öncəki-sonrakı dövrlərə baxsaq, pasientlərdə daha çox aşkarladığımız udlaq və sərt damağdakı qaşınma hissidir. Şikayətlər daha da kəskinləşərsə və bu burun tənəffüz pozulmasıdırsa, o zaman artıq xəstəyə cərrahi müdaxilə həyata keçirilə bilər. Bun zaman radrovikans aləti ilə burun balıqqulaqlarını kiçildərək, tənəffüzü bərpa etmək lazım gəlir. Hər kəs yaxşı bilir ki, allergiyanın müalicəsi yoxdur”.
Yazda allergiyası kəskinləşənlər günün birinci yarısı, xüsusilə, saat 10-11 arası açıq havada gəzməməlidirlər. Çünki tozlanma daha çox səhər saatlarında olur. Bundan başqa həkim təyinatı olmadan sprey və başqa dərmanlar qəbul etmək yolverilməzdir.

Nigar Məmmədova

Oxşar xəbərlər

UNICEF uşaqlara yardım üçün 9,3 milyard dollar ayırmağa çağırdı

İntizar Əmirova

Almaniya mediası diaspor fəalı olan azərbaycanlı iş xanımından yazıb

Nigar Məmmədova

Lənkəranda“Azərbaycan hamımızın Vətənidir!”adlı konsert keçirilib.

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu