30 C
Baku
28 İyun 2025, 16:52
Baş xəbərHadisə

Yazgül Abdıyeva təltif edildi – FOTO

24-25 noyabr 2023-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Gənc Oftalmoloqların XV konfransı və Azərbaycan Gənc Oftalmoloqların I Forumu keçirildi.

Bugun.tv xəbər verir ki, bu barədə “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva bildirib.

Qeyd edim ki, bu konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yeniliklərdən danışmaq, gənc kadrların bu yenilik və nailiyyətlərdən məlumatlanması və onlara dəstək olmaqdan ibarətdir.

Yeni Gundem-in məlumatına görə, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, hörmətli prof. Elmar Qasımovun oftalmologiya sahəsinin inkişafı və yüksəlişi üçün gördüyü işlər, gənc kadrların peşəkarlığının artırılmasına dəstəyi danılmazdır.

Azərbaycan oftalmologiyası öz inkişaf dövrünü yaşayır. Mütəmadi keçirilən yerli və beynəlxalq konfranslarımız buna nümunədir.

Gənc Oftalmoloqlar Komitəsinin sədri, t.ü.f.d. Mirana Mirişova, Komitənin koordinatoru dr. Emin Əlihüseynli və Komitənin İdarə Heyəti adından mənə, təşəkkürnamə təqdim edildiyi üçün öz minnətdarlığımı bildirirəm.
Tədbir çox yüksək səviyyədə keçirildi.Emin doktoru ,Mirana Mirishova xanımı və gənc oftalmoloqları təbrik edirəm.Yaradıcı gənclərimiz sərbəst beynəlxalq tədbir təşkil etdilər .
Uğurlar.Sizlərlə fəxr edirik🇦🇿

İntizar Əmirova

Oxşar xəbərlər

Dünyada 4 milyondan çox insanın təhlükəsiz içməli suya çıxışı yoxdur

Aynur Camal

Rusiyanın bir sıra aeroportları müvəqqəti olaraq bağlandı

Kəmalə Sultan

Avtomobilin ağaca çırpılması nəticəsində 2 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu