25 C
Baku
25 İyul 2025, 9:16
Baş xəbərDünya

Yeddi min mühacir Meksikadan ABŞ sərhədinə doğru yola düşdü

Meksikanın cənubunda Qvatemala ilə sərhəddə yerləşən Çyapas ştatının Tapaçula şəhərini tərk edən 7 mindən çox mühacir ölkənin şimalına – ABŞ sərhədinə doğru hərəkət etməyə başlayıb.

Bugun.tv “La Jornada” qəzetinə istinadla xəbər verir ki, mühacir dəstəsi Braziliya, Venesuela, Haiti, Qvatemala, Honduras, Dominikan Respublikası, Kolumbiya, Kuba, Nikaraqua, Peru, Salvador və Ekvador vətəndaşlarından ibarətdir. Həmçinin onların arasında Banqladeş, Hindistan, Çin və Pakistan vətəndaşları da var.

Qeyd edək ki, Meksika Milli Miqrasiya İnstitutu sentyabr ayından etibarən digər ölkə vətəndaşlarının mühacirlik müraciətlərinə baxılmasını dayandırıb.

Xarici medianın məlumatına görə, ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri Meksikaya gedərək Prezident Andres Manuel Lopes Obradorla miqrasiya böhranının həlli yollarını müzakirə etməyi planlaşdırır. Nümayəndə heyətinə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken, daxili təhlükəsizlik naziri Alexandro Mayorkas və Ağ evin daxili təhlükəsizlik üzrə müşaviri Elizabet Şervud-Rendallın daxil olacağı gözlənilir.

Miqrasiya probleminin həlli ABŞ administrasiyasına sərhədlərin mühafizəsini Ukraynaya yardım üçün əlavə büdcə ayırmaları ilə əlaqələndirən Konqresindəki respublikaçıların tələblərini təmin etmək baxımından lazımdır.

İntizar Əmirova

Oxşar xəbərlər

Yalnız qəhvə deyil. Səhər tez oyanmağın doqquz yolu

Aynur Camal

Qəzzada bombalanmayan ərazi demək olar ki, qalmadı

Kəmalə Sultan

Niyə bir pişik onu oxşadığınız zaman əlinizi dişləyir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu