Baş xəbərDünya

Yeddi planet eyni vaxtda görünəcək

Qısa müddət ərzində Mars, Yupiter, Uran, Venera, Neptun, Merkuri və Saturn eyni anda görünəcək. Mütəxəssislər bildiriblər ki, planetləri ən yaxşı şəkildə görmək üçün çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri gün batdıqdan dərhal sonra səmanı izləmək lazımdır.

Alimlər qısa müddət ərzində axşam saatlarında Mars, Yupiter, Uran, Venera, Neptun, Merkuri və Saturnun eyni vaxtda görülə biləcəyini açıqlayıblar.

“Planet krossoveri” adlanan nadir hadisə planetlərin müəyyən düzülüşü meydana gətirdiyi zaman baş verir. Bu mənzərə 2040-cı ilə qədər bir daha belə aydın müşahidə olunmayacaq.

Mütəxəssislər bildiriblər ki, planetləri ən yaxşı şəkildə görmək üçün çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri gün batdıqdan dərhal sonra səmanı izləmək lazımdır.

Qeyd edilib ki, Merkuri, Venera, Yupiter və Mars adi gözlə görülə bilər, lakin Saturnun üfüqə yaxın olacağı üçün onu fərq etmək çətin ola bilər, Uran və Neptunu müşahidə etmək istəyənlərin teleskopuna ehtiyacı olacaq.

Venera və Yupiter parlaqlığı sayəsində ən asan fərq edilən planetlər arasındadır. Mars isə özünəməxsus qırmızı rəngi ilə digərlərindən seçiləcək. Planetləri ən yaxşı şəkildə müşahidə etmək üçün işıq çirkliliyinin az olduğu və üfüqün aydın göründüyü bir nöqtəyə getmək tövsiyə olunur. Alimlər gözlərin qaranlığa alışması üçün ən azı yarım saat gözləmək lazım olduğunu, telefonun ekranına baxmaqdan çəkinmək lazım olduğunu bildiriblər.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədə toyuq və düyü yeyən 90 nəfər xəstəxanaya yerləşdirildi

Bugün TV

“Megacity”də baş vermiş bədbəxt hadisə ilə yeni təfərrüatlar ortaya çıxıb-AÇIQLAMA+VİDEO

Nigar Məmmədova

Telegram WhatsApp Business-ə rəqib olur!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu