25 C
Baku
3 Sentyabr 2025, 8:51
DünyaSiyasət

“Yekaterinburqa olan hadisələr daxili münasibətlərin zədələnməsinə və nəhayət xaosa gətirib çıxarır”

“Rusiyada son günlər baş verən hadisələr aysberqin yalnız görünən hissəsidir. Millətlərarası münasibətlər bu ölkənin şovonist qüvvələrinin aktiv fəaliyyəti nəticəsində həmişə kritik hədəf olub. Yalnız siyasi dairələrin yalançı balansyaratma siyasəti sayəsində indiki pik həddə çatmasına imkan verilməyib. Əlbəttə, bu yalnız görüntüdə belə olub. İnformasiya qıtlığı, məlumat kasadlığı, təzyiqə, ayrıseçkiliyə məruz qalan miqrantların müəyyən şərtlər müqabilində susmağa üstünlük verməsi Rusiyadakı bəzi dairələrin iştahasını artırıb, onlarda yeni-yeni qanun pozuntusu etmək həvəsi yaradıb. Bu isə, əslində, dövlətin daxili siyasətində çatların yaranmasına, cəmiyyətdaxili münasibətlərin zədələnməsinə və nəhayətdə xaosa gətirib çıxarır”.

Bugun.tv xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Yekaterinburq hadisələri hələ də cəmiyyətdən gizli saxlanılan, çoxunun xəbərsiz olduğu bir çox məsələni açığa çıxardı:

“Bu ölkədə qanuni şəkildə çalışan, bütün sənədləri qaydasında olan miqrantlar bir kənara, Rusiya vətəndaşlığı almış şəxslər belə ayrıseçkiliyin qurbanları olurlar. Onları yalnız xidmət sahələrində çalışdırmaq, onlara potensial cinayətkar gözü ilə baxmaq Rusiyada daxili siyasətində, millətlərarası münasibətlərdə deqradasiyadan xəbər verir. Azərbaycanlılara qarşı törədilən cinayətlərin arxasında miqrasiya tələblərinin, yaxud 25 il əvvəl baş vermiş qətl hadisəsinin dayandığı ehtimalını qəbul etmirəm. Bu, Rusiya tərəfindən Azərbaycana qarşı çoxdan başlanan təzyiq siyasətinin növbəti fazasıdır. Bakının yürütdüyü müstəqil siyasət, Moskva qarşısında qoyduğu haqlı tələblər, regional siyasətdə tam özgürlük bu ölkənin rəsmi dairələrini kriminal addımlar atmağa məcbur edir. Rosqvardiya təlimatları birbaşa Kremldən alır, onların “xeyir-duası” ilə hərəkət edir. Rusiyanın hüquq sistemi artıq kriminallaşıb”.

Mənbə: Xalq.Online

Aynur Camal

Oxşar xəbərlər

CENTCOM elan etdi: Birgə Dəniz Qüvvələri komandanlığı Misirə təhvil verildi!

Kəmalə Sultan

Binanı tərk etməyən və zəlzələ zamanı ölən tələbələrin günahı üzə çıxdı!

İntizar Əmirova

Çin Xarici İşlər Nazirliyi İl-76 təyyarəsinin Belqorod yaxınlığında qəzaya uğramasına münasibət bildirdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu