17 C
Baku
13 Oktyabr 2025, 1:53
Baş xəbərSiyasət

“Yekun sülh” müqaviləsi üçün Ermənistanda növbədənkənar seçkilər mümkündür..

“Ermənistan Baş naziri Nikol Paşinyan gələn ilin əvvəlində növbədənkənar parlament seçkilərinə getməsi mümkündür. Çünki, seçkilər İyun ayında olarsa, Konustitusiya referendumu növbəti mərhələyə qala və Azərbaycanla yekun sülh müqaviləsi 2027-ci ilə qala bilər. Yekun sülh müqaviləsinin gecikməsi isə, yeni təhdidlərin ortaya çıxmasına gətirib çıxara bilər. Rusiya və İran prosesi pozmağa çalışır” – deyə siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşım edib.

Politoloqun sözlərinə görə, N. Paşinyan “Mülki Müqavilə” partiyasının qurultayını keçirməklə partiya yerli təşkilatlarını tam seçki üçün gücləndirir. Baş nazir regionalara da səfərlər edib. Növbədənkənar seçkilər üçün tam hazır siyasi vəziyyət yetişib.

Əgər, N. Paşinyan seçkiləri iyunda və Konustitusiya referendumu da 2026-ci ilin axır aylarında keçirilsə, proses uzana və yeni risklər meydana çıxa bilər. Amma, növbədənkənar seçkilər və konustitusiya referendumu 2026-ci ilin ilk aylarında başlanarsa, N. Paşinyanın siyasi mövqeyi güclənə və Ermənistana Rusiyanın təzyiqləri neytrallaşar. Hazırda Türkiyə bu kontekstdə Ermənistanla konfedensial danışıqlar aparır. ABŞ-da yekun sülh müqaviləsinin gələn il bağlanmasında maraqlıdır.

“Qeyd edim ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Azərbaycandadir. Bu müstəvidə danışıqlar aparılması mümkündür. BMT Baş Assambleyası çərçivəsində prezident İlham Əliyevlə N. Paşinyan və Türkiyə prezidentinin üçtərəfli görüşü keçirilməsi istisna deyil.

Ermənistan ilin axırına kimi yeni Konustitusiya mətnini tam hazırlayacaq. Geosiyasi proseslər və beynəlxalq situasiya gələn ilin yayında yekun sülh müqaviləsinin bağlanmasını tələb edir. Ermənistan Baş naziri siyasi iradə göstərib, baş verənləri düzgün və praqmatik qiymətləndirsə, yekun sülh müqaviləsi bu ölkənin leyhinə olacaq. Baş nazir N. Paşinyan “4-cü Respublikası” elan edir. Bunun üçün yekun sülh müqaviləsi mütləqdir” deyə siyasi ekspert şərhini belə yekunlaşdırıb.

Məhəmməd Əsədullazadə 

Milli Cəbhə partiyasının başqanın müavini

Aynur Camal

Oxşar xəbərlər

İtaliya sahillərində qayığın batması nəticəsində azı 20 miqrant öldü

İntizar Əmirova

ABŞ-da silahlı hücum: 2 ölü, 28 yaralı var

Kəmalə Sultan

Rusiya: Biz Ukraynada nüvə enerjisi infrastrukturuna hücum etmirik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu