Elm və Təhsil Nazirliyindən Bugun.tv-yə verilən məlumata görə, müxtəlif peşələr üzrə “Yeni çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək.
Sözügedən mövzuya aşağıdakı panel müzakirələri aiddir:
Panel 1: “Müasir çağırışlara cavab: müəllimlərin peşəkar bacarıqlarının inkişafı”.
Təsvir:
Bu panel müzakirəsi peşə təhsili müəllimlərinin peşəkar inkişafı, müasir dövrün tələblərinə uyğun bacarıqların qazanılması və üzləşdikləri əsas çağırışlar ətrafında təşkil olunur. Məqsəd, müəllimlərin keyfiyyətli tədris üçün zəruri kompetensiyalarını artırmaq, eyni zamanda onların üzləşdiyi çətinliklərə uyğun həll yollarını müəyyənləşdirməkdir.
Moderator: Simnar Mamedov – Peşə Təhsili üzrə Dövlət Agentliyi, direktor müavini
Panelistlər:
1. Azərbaycan Respublikası Təhsil İnstitunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru – Nəzakət Mehdiyeva
2. Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbə müdiri, pedaqogika üzrə fəsəfə dokturu, dosent Könül Haciyeva
3. Qəbələ Dövlət Peşə Təhsil mərkəzinin direktoru – Qalib Nəbiyev
4. ADA Universiteti, Təhsil məktəbinin dekanı – Ülviyyə Mikayılova
Panel 2: “Müəllimlər və rəqəmsal transformasiya”.
Təsvir:
Bu panel müzakirəsində peşə təhsili müəllimlərinin rəqəmsal transformasiya dövründə rolu, onların yeni texnologiyalara uyğunlaşma yolları və innovativ tədris metodologiyalarının tətbiqi müzakirə olunacaqdır. Məqsəd, rəqəmsal transformasiyanın tədris prosesinə təsirini anlamaq və müəllimlərin bu dəyişikliklərə hazır olmaları üçün strateji yanaşmaların müəyyən edilməsidir. Panel iştirakçıları real təcrübələr və beynəlxalq praktikalar əsasında müəllimlərin rəqəmsal inkişaf perspektivlərini dəyərləndirəcəklər.
Moderator: Gülminə Məlikzadə, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Layihələrin idarəedilməsi departamentinin rəhbəri
Panelistlər:
1. Sumqayıt şəhər 1 saylı orta məktəb – Fizika və STEAM müəllimi- Aliyə Əhmədova
2. Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru – Emin Axundov
3. Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Analitik təhlil şöbəsinin rəhbəri – Nurlana Məmmədova
4. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, müəllim – Əli Kərimli
Panel 3: “İnklüziv təhsil mühitində müəllim”.
Təsvir:
Bu panel müzakirəsi peşə təhsilində inklüziv yanaşmaların tətbiqi, xüsusi qayğıya ehtiyacı olan şəxslər və sosial baxımdan həssas qrupların təhsilə inteqrasiyası üçün görülən tədbirlər ətrafında keçiriləcək. Məqsəd, inklüziv təhsil üçün mövcud imkanların artırılması, həmçinin hər kəs üçün bərabər və əlçatan təhsil mühitinin yaradılması üçün strateji tövsiyələrin hazırlanmasıdır.
Moderator: Rəbiyyə Museyibzadə, Elm və Təhsil Nazirliyi, Peşə təhsili siyasəti şöbəsi
Panelistlər:
1. İnklüziv təhsil mütəxəssisi – Zarina Əliyeva
2. “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi – Aytən Eynalova
3. DOST Agentliyi- Proqramlar və Layihələr şöbəsinin müdiri- Zülfiyyə Nağıyeva
4. UNICEF-in Təhsil üzrə mütəxəssisi – Leyla Həsənova
Mənbə: Elm və Təhsil nazirliyi