14 C
Baku
22 Noyabr 2024, 7:39
Baş xəbərDünya

Yeni Dehlidə atəşfəşanlıq qadağan edildi

Dünyanın ən çox hava çirkliliyinə malik şəhərlərindən biri olan Hindistanın paytaxtı Yeni Dehlidə 2025-ci il yanvarın 1-dək atəşfəşanlıq istehsalı, satışı və istifadəsi qadağan edilib.

Hindistan Times qəzetinin məlumatına görə, Dehli əyalətinin ətraf mühit naziri Qopal Rai məsələ ilə bağlı açıqlama verib.

Rai paytaxtda havanın çirklənməsinə nəzarət etmək üçün 2025-ci il yanvarın 1-dək hər cür atəşfəşanlığın istehsalı, satışı və istifadəsinin qadağan edildiyini açıqlayıb.

Qadağanın ciddi şəkildə həyata keçirilməsi üçün müvafiq bölmələrin birgə hərəkət edəcəyini bildirən Rai, “Çirkliyə nəzarət etmək üçün hamımız birlikdə məsuliyyət daşımalıyıq. Əgər hər bir Dehli sakini çirklənmə döyüşçüsü olarsa və ətraf mühitin qorunmasında liderlik edərsə, insanları təhlükədən xilas edə bilərik” deyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Teatr Forumunun vaxtı dəyişdirildi

Aynur Camal

Atatürkü təhqir edən şəxs saxlanıldı

Aynur Camal

Yunanıstanda meşə yanğınında 18 miqrant öldü

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu