Almaniya yeni ilə təlatüm və xaosla girdi. Əyləncə üçün istifadə edilən atəşfəşanlıq zabitlərə hücum etmək üçün istifadə edilib. Ümumilikdə 5 nəfərin öldüyü, 33 nəfərin yaralandığı bildirilib. Dünya 2025-ci ilə qədəm qoyma həyəcanını yaşayarkən Almaniyanın küçələrində xaos hökm sürür.
Ənənəvi olaraq ölkə daxilində ictimai yerlərdə bir çox atəşfəşanlıq partlatıldığı halda, paytaxt Berlində atəşfəşanlıq əyləncə üçün deyil, hücum üçün istifadə edilib.
Fövqəladə vəziyyətə müdaxilə etmək üçün təyin edilmiş zabitlərə hücum edən polislə iğtişaşçılar arasında toqquşma baş verib. Qarşıdurma zamanı 4 nəfər ölüb, 30 polis əməkdaşı və bir yanğınsöndürən yaralanıb.
Polis qrupları növbəti zorakılıq aktlarının qarşısını almaq üçün paytaxta göndərilərkən, səlahiyyətlilər qarşıdurmalardan sonra 400 nəfərin həbs edildiyini açıqladı.
YALNIZ BERLİN İLƏ MƏHDUD DEYİL
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin şərqindəki Paderborn şəhərində evdə hazırlanmış atəşfəşanlığın vaxtından əvvəl partlaması 24 yaşlı gəncin ölümünə səbəb olub. Polis vaxtından əvvəl partlayan atəşfəşanlığın mərhum tərəfindən edildiyinə inandıqlarını bildirib.
Xəbərin DavamıKöln polisi bildirib ki, fövqəladə xidmət işçilərinə atəşfəşanlıq atılması nəticəsində iki məmur yaralanıb. Bildirilib ki, Leypsiq şəhərində 50 nəfər yanğınsöndürənlərə və polisə hücum edib.
Almaniyanın qərbindəki kiçik bir şəhər olan Neuwieddə polis yerli vaxtla saat 01:00 radələrində anbarı yandırmaq üçün atəşfəşanlıqdan istifadə edildiyini vurğulayıb.
Neuwied polisindən verilən açıqlamada, “Taxta ilə yığılmış anbarın tamamilə alovlandığı” və yanğının nəzarət altına alındığı bildirilib.
HÖKUMƏTDƏN QINAQ
Yeni il ərəfəsində baş verən hadisələri pisləyən Almaniyanın daxili işlər naziri Nensi Fazer polisin tez bir zamanda hadisə yerinə cəlb olunduğunu və xaosun səbəbkarlarına qarşı mübarizə apardıqlarını bildirib.
Yaralanan bütün polis əməkdaşlarının tezliklə sağalmasını arzulayan Faeser, bütün günahkarların “mühakimə olunacaq və ən ağır şəkildə cəzalandırılacaqlarına” söz verib.
Mənbə: HurriYet