İsveçin paytaxtı Stokholmda yüzlərlə insan Qəzza xalqı ilə həmrəylik əlaməti olaraq Yeni il şənliyini ləğv edərək Fələstinə dəstək nümayişi keçirib. Digər tərəfdən İrlandiyanın paytaxtı Dublində Yeni il ərəfəsində ‘Fələstinə Dəstək’ aksiyası keçirilib.
Ölkədəki bir çox qeyri-hökumət təşkilatının çağırışı ilə havaların soyumasına baxmayaraq Segels Torq meydanına toplaşan nümayişçilər Yeni ili qeyd etmək əvəzinə İsrail tərəfindən öldürülən uşaqlar və mülki vətəndaşlar üçün yas tutdular.
Nümayişçilər İsveç parlamentinə doğru irəliləyərək, əllərində “Azad Fələstin, azad Qəzza”, “Soyqırımı dayandırın” və “İsraili boykot edin” yazılı plakatlar qaldırıblar. Nümayişçilər Qəzzaya hücumların dərhal dayandırılmasını istəyib və “Fələstinə Azad”, “İşğala son” və “Qatil İsrail” kimi şüarlar səsləndiriblər.
İsveç və ABŞ-ın İsrailə verdiyi dəstəyə reaksiya verən etirazçılar, iki ölkənin İsrailin törətdiyi hərbi cinayətlərdə şərik olduğunu müdafiə ediblər. Qrup adından verilən açıqlamada İsrailin uşaq, qadın və jurnalistləri qətlə yetirməsi səbəbindən Yeni il bayramının qeyd edilmədiyi, bunun əvəzinə Fələstin xalqının səsini eşitdirməyə çalışdıqları bildirilib. Açıqlamada 20 mindən çox uşağın İsrail tərəfindən öldürüldüyü, bəzi uşaqların cəsədlərinin neylon torbalarda daşındığı qeyd edilib.
İrlandiyanın Fələstin Həmrəyliyi Kampaniyası (IPSC) tərəfindən təşkil edilən illik tədbir İrlandiyanın paytaxtı Dublindəki Ha’penni körpüsündə baş tutub. İrlandiyalıların və onlarla turistin qatıldığı tədbirdə Fələstin bayraqları dalğalanıb və körpünün üzərinə “İrlandiya Fələstinin yanındadır” yazılı pankart asılıb.
Tədbir boyu Fələstinə azadlıq çağıran şüarlar səsləndirilib.Tədbirdə iştirak edən jurnalist Stiven Bourke hər Yeni il gecəsi Dublində keçirilən Fələstinə dəstək aksiyasına qatıldığını bildirib.
“BİZ HƏQİQƏTİ MÜDAFİƏ ETMƏK ÜÇÜN BURAYIQ”
İsrail qüvvələrinin Fələstində jurnalistləri hədəf aldığını və bundan çox narahat olduğunu ifadə edən Burke, “Jurnalistlər həbs edilərək öldürüləndə “bəsdir” deməliyik. Bu, həqiqətə qarşı müharibədir və biz buradayıq. Biz buradayıq, çünki həqiqətin üzə çıxmasını və dayandırılmasını istəyirik” deyib.
Soyadını açıqlamaq istəməyən Doktor David, Qəzzada qırğınlarını davam etdirən İsrailin dayandırılması lazım olduğunu vurğulayaraq, “Hökumətimizi İsrailə qarşı sanksiya tətbiq etməyə başlamağa razı salmaq üçün əlimizdən gələni edəcəyik. Qəzza və Fələstin xalqının hüquqlarına hörmət etməkiyik” deyib.
Mənbə: Ahaber