İtaliyanın Milan şəhəri 2025-ci il yanvarın 1-dən açıq yerlərdə siqaret çəkməyi qadağan edəcək. Lakin siqaret çəkənlərin digər insanlardan ən azı 10 metr aralıda olması halında bu qadağanın tətbiq olunmayacağı bildirilib. Qadağaya əməl etməyənlərə 40-240 avro arasında cərimələr tətbiq olunacaq.
2025-ci il yanvarın 1-dən İtaliyanın Milan şəhərində küçədə siqaret çəkmək qadağan ediləcək.
İtaliyanın məşhur şəhərlərindən biri olan Milanda bələdiyyə 2025-ci il yanvarın 1-dən açıq yerlərdə siqaret çəkməyi qadağan edəcək. Lakin siqaret çəkənlərin digər insanlardan ən azı 10 metr aralıda olması halında bu qadağanın tətbiq olunmayacağı bildirilib. Qadağaya əməl etməyənlərə 40-240 avro arası cərimələr tətbiq ediləcəyi açıqlanıb.
Bildirilib ki, siqaret qadağası 2021-ci ildən başlayaraq mərhələli şəkildə tətbiq olunacaq qaydalar silsiləsinin bir hissəsidir. Əvvəlki qaydalara əsasən, avtobus dayanacaqlarında, parklarda və idman obyektlərində siqaret çəkmək qadağan idi. Yeni qaydalar insanların çox olduğu və 10 metrlik təhlükəsiz məsafənin saxlanıla bilməyəcəyi ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını nəzərdə tutur.
İtaliya Tütün Dərnəyi, Milan Bələdiyyəsinin belə bir qadağanı tətbiq etmək səlahiyyətinin olmadığını və belə bir müdaxilənin milli səviyyədə müzakirə edilməli olduğunu əsas gətirərək qaydanı məhkəməyə verdi.
Mənbə: TrtHaber