19 C
Baku
8 Sentyabr 2024, 3:47
Baş xəbərDünya

Yeni ilin ilk ayında 5 gün maqnit qasırğası gözlənilir

Xarici Xəbərlər. 

 2023-cü il maqnit qasırğası ilə başlayacaq: ən təhlükəli tarixlər açıqlanıb.

 Yanvarın əvvəlində zəif maqnit qasırğası gözlənilir. Maqnit qasırğaları meteohəssas insanlar üçün Günəşin aktivliyinin artması nəticəsində baş verən təhlükəli hadisələrdir.

Alimlər bildirib ki, maqnit qasırğaları Günəşin partlaması nəticəsində Yerin maqnit sahəsində yaranan pozğunluqlardır. Bu cür dalğalanmalar rabitə sistemlərinin işinə, eləcə də insan sağlamlığına mənfi təsir göstərə bilər. Maqnit fəaliyyətində bir qədər artım belə sağlamlığa təsir edə bilər.

Araşdırmalara görə zəif maqnit qasırğası yanvarın 3-ü çərşənbə axşamında gözlənilir. Sonra yanvarın 4-də günəş aktivliyi bir qədər də artacaq. Ən güclü qasırğa isə yanvarın 7-də proqnozlaşdırılıb.

Bu qalaktik dəyişikliklər meteohəssas insanlar, yaşlılar və xroniki xəstəliklərin sahiblərinə daha tez mənfi təsir göstərə bilər.

Ekspertlərin sözlərinə görə maqnit qasırğası  baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq və yuxusuzluq səbəb olur. Buna görə də, belə günlərdə daha çox su içmək, həmçinin bitki çaylarından istifadə, siqaret, qəhvə, spirt və enerji içkilərindən imtina etmək, tez-tez açıq havada olmaq, az yağlı qidalar yemək, gündə azı 7 saat yatmaq tövsiyə edilib.

Mənbə: unian.net

Aynur Camal

Oxşar xəbərlər

Yol qəzası: 4 uşaq yaralandı

Teymur Əziz

Jalə Əhmədova: “İranda itkin də düşə bilərsən, oğurlanıb həbsə də atıla bilərsən…”

Nigar Məmmədova

Rusiyadan Ukraynaya hava zərbələrinin ikinci dalğası başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu