28 C
Baku
9 İyun 2025, 18:10
Baş xəbərTexnologiya

Yeni iPad Pro və iPad Air üçün tarix açıqlandı

Bugun.tv xəbər verir ki, Apple-ın bir müddətdir üzərində çalışdığı yeni iPad Pro və iPad Air-i təqdim etməyə hazırlaşır. Mayın 6-da baş tutacaq tədbirdə yeni 11 və 13 düymlük OLED iPad Pro modelləri, daha böyük 12,9 düymlük iPad Air və yenilənmiş Magic Keyboardla Apple Pencil aksesuarları təqdim ediləcək.

Yeni iPad Pro modelləri daha dərin kontrast və parlaqlıq təklif edən mini-LED-dən iPhone-dakı kimi OLED panellərə keçib. O təkmilləşdirilmiş displeylərə sahibdir.

Dizaynın daha incə korpus və ön kameranın üfüqi kənara köçürülməsi ilə yenilənəcək. Bundan əlavə, yeni iPad Pro-lar Apple şirkətinin M3 çipi ilə təchiz olunacaqlar. OLED ekranlar və M3 prosessoru ilə yenilənəcək iPad Pro ailəsi qiymət artımı ilə gələcək.

Qeyd edək ki, indiki nəsil 11 düymlük iPad Pro 799 dollardan, 12,9 düymlük iPad Pro isə 1099 dollardan başlayır. 12,9 düymlük ekrana sahib iPad Air-in texniki detalları və qiyməti isə hələlik məlum deyil.

Kəmalə Sultan

Oxşar xəbərlər

Dini vəhşilik: Qazdıqca meyit çıxır!

Aynur Camal

Cavanşir Feyziyev: “Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa açıqdır”

Aynur Camal

Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüş başa çatdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu