28 C
Baku
11 Sentyabr 2025, 15:19
Baş xəbərMaraqlı faktlar

Yeni kərtənkələ kəşf edildi: Uçur və gülümsəyir

gülən kərtənkələ

Bugun.tv xəbər verir ki, alimlər Hindistanda ağacdan ağaca uçan və gülən yeni kərtənkələ növünü kəşf ediblər. Belə ki, tədqiqatçılar Hindistanın şimal-şərqində gekkon populyasiyalarını araşdırarkən iri gözlü, gülümsəyən sürünənlər görüblər. Bu canlının elmi adı Gekko Mizoramensisdir. Amma elm adamları mini kərtənkələləri ağacdan ağaca sürüşmək vərdişlərinə görə “paraşüt kərtənkələləri” adlandırıblar.

Heyvanlar havada sürüşmək üçün bədənlərinin və quyruqlarının yanındakı dəri üzgəclərindən istifadə edirlər. Onlar Banqladeş, Myanma, Tayland və Kambocada yaşayırlar. Lakin tədqiqatçılar yeni növləri ilk dəfə Hindistanda görüblər.

Bu kərtənkələnin yerdən təxminən 150-360 santimetr yüksəklikdə olduğunu müəyyən edilib. Araşdırmaya görə, o ən çox alaqaranlıqda ortaya çıxır və tarakan, güvə kimi həşəratlarla qidalanır.

Mənbə: Nature

Aynur Camal

Oxşar xəbərlər

Rusiyadan Taxıl Dəhlizi Sazişi ilə bağlı bəyanat gəldi!

Nigar Məmmədova

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü başlayıb YENİLƏNƏCƏK

Aynur Camal

Çıxarışsız evi olanlara şad xəbər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu