19 C
Baku
8 Sentyabr 2024, 3:27
Mədəniyyət

Yeni kino xəbər saytı fəaliyyətə başlayır

Bugun.tv xəbər verir ki, Gənc Film İstehsalçıları Assosiasiyasının təsis etdiyi kino xəbər saytı – kinoinfo.az fəaliyyətə başlayıb. Sayt ilk növbədə kino peşəkarlarına ünvanlanıb. Assosiasiyanın sədri Əli İsa Cabbarov bu sahədə fəaliyyət göstərən insanların ümumi kino mühitindən və bir-birindən xəbərsiz olduqlarını bildirir. Bu problem kino bazarının inkişafına mane olur, ümumi vəziyyət haqqında səhv təsəvvür yaradır. Saytın  “Qovluqda”, “Meydanda”, “Ekranda” bölümləri ölkəmizdə kino istehsalının hər üç mərhələsində baş verən yeniliklər haqda oxucuları məlumatlandıracaq.

Saytın əsas hədəflərindən biri iş adamlarını yerli kino istehsalı haqda məlumatlandırmaq və onları kinoya investisiya qoymağa sövq etməkdir. İş adamlarımız bir qayda olaraq kino kimi potensial gəlirli sahədə baş verən proseslərdən xəbərsiz olur. Bu məqsədlə saytın məqalələrində kinonun iqtisadi aspektinə, statistikaya, kinoya aid maliyyə xəbərlərinə geniş yer ayrılacaq.

Azərbaycan kinosu ilə yanaşı, qonşu ölkələrin ən mühim kino xəbərləri də saytda yer alacaq. Məqsəd region kinosunda baş verən prosesləri kino ictimaiyyətinə çatdırmaqdır.

Sayt Azərbaycan Respublikası Kino Agentliyinin maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb. Assosiasiyanın sədri bildirib ki, “Kino Agentliyinin dəstəyi olmadan saytı yaratmaq çətin olardı. Minnətdarlıqla qeyd edim ki, saytın ideyasını Agentliyin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğluna deyən kimi dəstəklədi və biz fəaliyyətə başladıq”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı sayta təşkilatı dəstək göstərib. Saytın redaktoru, jurnalist, ssenarist Ramil Ələkbərov, layihənin rəhbəri Əli İsa Cabbarovdur.

 

 

Bugün TV

Oxşar xəbərlər

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının keçiriləcəyi tarix məlum oldu

Aynur Camal

Bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin doğum günüdür

Nigar Məmmədova

“Toy Tələsi”nin Qala gecəsi keçiriləcək – FOTOLAR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu