11 C
Baku
20 Aprel 2025, 8:25
Baş xəbərSosial

Yeni müavinətlər kimlərə veriləcək?

Bugun.tv xəbər verir ki, “Sosial müavinətlər haqqında” qanuna dəyişikliklər edilib.

Bu barədə deputat Vüqar Bayramov facebook səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, “Sosial müavinətlər haqqında” qanuna təklif edilən düzəlişlər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunaraq plenar iclasa təklif olunub.

“Dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək. Bu müavinət himayədar valideynlərlə dövlət qurumu arasında uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ödəniləcək. Müavinətin məbləğin dəyişikliklərin qəbulundan sonra müəyyənləşəcək.

Digər dəyişikliyə əsasən, həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər də ödəniləcək. Bu zaman da oxşar müqavilənin bağlanması əsas şərtdir. Bu müavinət müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin edilir.

Dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə böyüməsini stimullaşdırmaqdır”.

Aynur Camal

Oxşar xəbərlər

Rusiyadan vətəndaşlarına xəbərdarlıq: Tanışlıq proqramlarından istifadə etməyin

Aynur Camal

Təhsilin Keyfiyyətinə Zəmanət Agentliyi vətəndaşlara müraciət edib

Aynur Camal

Prezident və xanımı Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu