20 C
Baku
10 Oktyabr 2025, 18:53
Sosial

Yeni qaydalar əlillik dərəcələrinin verilməsini asanlaşdıracaqmı?

“Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edib. Yeni qaydalarda birinci istiqamət icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi ilə bağlıdır. Bu daha çox texniki dəyişiklik hesab olunur” deyən Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında paylaşım edib.

Deputat bildirib ki, qaydalarda ən vacib dəyişiklik prosesin daha da elektronlaşdırılmasıdır. Belə ki, yeni qaydalara əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və əldə edilə bilər. Sənəddə qeyd olunur ki, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların verilməsinə bərabər tutulur.

Nazirlər Kabinetinin yeni qaydaları əlillik dərəcəsinin verilməsi prosesinin daha sadələşdirilməsinə və elektron xidmətlərdən daha çox istifadə olunmasına gətirib çıxaracaq. Hazırda 221 min 200 vətəndaşımız əlilliyə görə müavinət alır. Onlardan 42 min 100 nəfəri əlilliyi olan uşaqlardır. Bununla yanaşı, əlillik müavinətin alınması ilə bağlı vətəndaşlar tərəfindən müntəzəm müraciətlər təqdim olunmaqdadır. Prosesin daha da elektronlaşdırılmasının şəffaflığı artıracağı ilə yanaşı, əliillik dərəcələrinin alınmasını asanlaşdıracağı gözlənilir.

Aynur Camal

Oxşar xəbərlər

Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu

Aynur Camal

“Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlar 17-18 yaşına qədər həkim-mütəxəssislərin daimi nəzarəti altında olmalıdırlar”

Aynur Camal

ÜST: “Avropada, o cümlədən Azərbaycanda qripin yayılmasında artım müşahidə olunur”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu