19 C
Baku
12 Oktyabr 2025, 12:13
Baş xəbərİqtisadiyyat

Yeni qaydalar pensiya məbləğlərinə necə təsir göstərəcək?

Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə uyğun olaraq yeni qaydaları təsdiq edib. Yeni sənədə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və ya əldə edilə bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.

Yeni qaydalar pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi bağlı qərarların daha çevik qəbul edilməsinə və nəticənin daha qısa zamanda bölüşdürülməsinə imkan verəcək. Pensiyaların proaktiv təyin olunduğunu nəzərə alsaq bu qaydalar xüsusən pensiyaların yenidən hesablanması və pensiya növünü dəyişdirilməsi proseslərin sadələşdirilməsinə imkan verəcək.

Məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəffaflığın daha da gücləndirilməsinə imkan yaradacaq. Bu xüsusən də məlumatlara əlçatanlıq baxımdan da vacibdir.

Yeni qaydala pensiyalar sahəsində elektronlaşdırmanı genişləndirməklə yanaşı, pensiyalara əlçatanlığı da artıracaq. Bu isə təqaüd növünü dəyişmək istəyən pensiyaçılar və eləcə də pensiyaya çıxmaq istəyənlər üçün yeni imkanlar deməkdir. Pensiyaların yenidən hesablanması sisteminin daha da elektronlaşdırılması isə bir sıra hallarda pensiya məbləğlərini də artıra bilər.

Milli Məclisin deputatı Vüqar Bayramov

Aynur Camal

Oxşar xəbərlər

Qaraciyər üçün zəhərli dərmanlar adlanır

Aynur Camal

Qəzzada səssiz qalan silahlar Qərb Şəriyəyə qarşı yönəldildi! Ceninə hücum: Çoxlu ölü və yaralı

Aynur Camal

Rusiyadan vətəndaşlarına xəbərdarlıq: Tanışlıq proqramlarından istifadə etməyin

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu