29 C
Baku
7 Sentyabr 2025, 17:37
Baş xəbərDünya

Yeni texnologiya sağlamlığınıza barmaqlarınızın ucundan nəzarət edəcək

Elm adamları tərlə aktivləşdirilən yeni barmaq sarğı ilə sağlamlığın monitorinqini asanlaşdıracaq texnologiya hazırlayıblar.

Bu elektron sarğı sadəcə sarğı kimi barmağa taxıla bilər və tər analizindən əldə edilən məlumatlarla qan şəkərini, vitaminləri, dərmanları və digər maddələrin səviyyəsini ölçə bilər.

Tədqiqatçılar cihazın analiz zamanı istifadə etdiyi enerjini eyni tərdən əldə etdiyini bildiriblər.

Kaliforniya Universitetinin San Dieqo Mühəndislik Məktəbindən Şichao Dinq deyib: “Bu cihaz hətta istifadəçi istirahət edərkən və ya yatarkən belə enerji toplaya və biomarker səviyyələrini izləyə bilər”. “Sağlamlığın monitorinqi artıq sizin əlinizdədir” deyib.

Cihaz tərdəki kimyəvi maddələri elektrik enerjisinə çevirən bioyanacaq hüceyrələrini ehtiva edir və elastik polimer üzərində yerləşdirilmiş sensorlar vasitəsilə qlükoza, C vitamini və Parkinson xəstəliyinə qarşı dərman levodopa kimi biomarkerləri izləyə bilir.

Toplanmış məlumatlar Bluetooth vasitəsilə smartfona və ya kompüterə ötürülür.

Bildirilir ki, bu yeni texnologiya şəkərli diabet xəstələri kimi daimi sağlamlıq nəzarətinə ehtiyacı olan insanlar üçün də istifadə edilə bilər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

BMT xəbərdarlıq edib: Münaqişə zonalarında cinsi zorakılıq halları kəskin artdı

İntizar Əmirova

Ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verdi

Aynur Camal

“İran və Hizbullahı məğlub etmək gücümüz yoxdur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu