Baş xəbərDünya

Yeni Zelandiya fövqəladə vəziyyət elan etdi: Güclü küləklər həyatı dayandırır

Yeni Zelandiyanın bəzi bölgələrində, o cümlədən ikinci böyük şəhəri Kraystçörçdə güclü külək səbəbindən fövqəladə vəziyyət elan edilib.

Yeni Zelandiyada güclü yağış və külək gündəlik həyata mənfi təsir edib. Ölkənin ikinci böyük şəhəri Kraystçörç də daxil olmaqla bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib.

Paytaxt Vellinqtonda sürəti saatda 120 kilometrə çatan küləklər və aramsız yağıntılar səbəbilə bəzi ərazilərdə daşqın yaşanıb və məktəblər bağlanıb. Vellinqton hava limanında çoxsaylı reyslər ləğv edilib, əlverişsiz hava şəraiti səbəbindən şəhər üzrə bəzi bərə reysləri də dayandırılıb.

Səlahiyyətlilər əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edə biləcəyi barədə xəbərdarlıq edib və insanları evdə qalmağa çağırıb.

Yerli fövqəladə hallar qrupları xüsusilə sahilyanı ərazilərdə küləyin güclənə biləcəyini bildirib. Meteoroloji xidmət küləklərin ağacların aşmasına və elektrik enerjisinin kəsilməsinə səbəb ola biləcəyini qeyd edib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Vyetnam parlamentinin yeni prezidentinin kimliyi məlum oldu

Nigar Məmmədova

Fransa prezidenti Emmanuel Makron taxtdan salına bilər!

Aynur Camal

ABŞ-da işsizlik müraciətləri keçən həftə ilə müqayisədə artdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu