Dünya

Yeni Zelandiyada sel və torpaq sürüşmələri baş verib

Yeni Zelandiyanın Şimal adasının bir sıra bölgələrində güclü yağışlar nəticəsində sel və torpaq sürüşmələri qeydə alınıb. Təbii fəlakətlər səbəbilə itkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Şimal adasına bağlı Bay of Plenty bölgəsində, Maunganui dağının ətəyində yerləşən düşərgə ərazisində yerli vaxtla saat 09:30 radələrində torpaq sürüşməsi baş verib. Polis rəsmisi Tim Anderson itkin düşənlərin sayının “birrəqəmli” olduğunu açıqlayıb, lakin ümumilikdə neçə nəfərin fəlakətdən zərər çəkdiyi barədə məlumat verməyib.

Anderson Papamoa bölgəsində də torpaq sürüşməsi qeydə alındığını və iki itkin şəxs üçün axtarış işlərinin davam etdiyini bildirib.

Yeni Zelanda Yanğınsöndürmə və Fövqəladə Hallar Xidmətinin nümayəndəsi William Pike torpaq sürüşməsindən üç saat sonra sağ qalanlara rast gəlinmədiyini qeyd edib. Ölən və ya itkin düşənlərin sayı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Şimal adasının şimalında yerləşən Warkworth qəsəbəsi yaxınlığında isə bir nəfər sel sularına qapılaraq itkin düşüb. Digər bölgələrdə baş verən sel və torpaq sürüşmələri nəticəsində bir sıra yollar bağlanıb, nəqliyyatın bərpası istiqamətində işlər aparılır.

Yeni Zelanda Baş naziri Kristofer Lükson hökumətin təbii fəlakətlərdən zərər çəkənlərə dəstək göstərmək üçün fəaliyyətini davam etdirdiyini açıqlayıb.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Avstraliyada “Katy Perry” adı ilə bağlı məhkəmə: dizayner pop ulduzuna qarşı qalib gəldi

Aynur Camal

Qlazqoda güclü yanğın: tarixi bina qismən uçdu, dəmir yolu stansiyası bağlandı

Aynur Camal

İran Hörmüz boğazında gəmilərə hücum edir: qlobal neft marşrutu təhlükə altındadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu