18 C
Baku
20 Sentyabr 2024, 4:04
Baş xəbərDünya

Yenidən 2 ev bombalandı – 8 fələstinli həyatını itirdi

Fələstin Mülki Müdafiə Müdirliyindən verilən açıqlamada, İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah şəhərinin şimalında yerləşən əz-Zuhur məhəlləsində “əl-Qadi” ailəsinə məxsus evi bombaladığı bildirilib.

Bildirilib ki, İsrailin hücumundan sonra mülki müdafiə qrupları 2 fələstinlinin meyitini evdən çıxarıb.

Qəzzanın cənubundakı Xan Yunus şəhərində “ən-Nəccar” ailəsinə məxsus ev İsrail ordusu tərəfindən bombalanıb.

Qeyd olunub ki, evdən didərgin salınan “Huveyc” ailəsindən 6 fələstinlinin cəsədi mülki müdafiə qrupları tərəfindən çıxarılıb.

İsrail ordusunun Qəzzada məcburi köçkün fələstinlilərin sığındığı məktəbə təşkil etdiyi hücumda 5-i uşaq, 2-si qadın olmaqla 8 nəfər həyatını itirib.

İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 272 fələstinli həyatını itirib, 95 min 551 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Terror əməliyyatı oldu: 5 nəfər saxlanıldı

Bugün TV

“Lazım gələrsə, birbaşa hərəkətə keçərik”

Aynur Camal

İsrail Qəzzada Əl-Əhali xəstəxanasını bombaladı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu