14 C
Baku
26 Aprel 2025, 4:04
Baş xəbərSosial

“Yeniyetmələri intihara sövq edən səbəb nədir?”- DEPUTAT YAZIR

Milli Məclisin deputatı Jalə Əhmədova

“Dünən yerli saytların birində Salyan rayonu Qızılağac kəndində 8-ci sinif şagirdi Cavadzadə Mirələm Niyaməddin oğlunun özünü yaşadığı evdə asdığı barədə xəbəri oxudum və təbii olaraq çox üzüldüm. Bəs, 14-15 yaşlı yeniyetməni intihara sövq edən hansı səbəblər olub ki, ən gözəl yaş dövrünü həyatına son qoymaqla bitirib?”.

Bugun.tv xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əhmədova öz Facebook hesabında qeyd edib.

“Ailədaxili təzyiq, münaqişə, valideynlərin diqqətsizliyi, laqeydliyi, psixoloji problemlər və s. müxtəlif səbəblərdən baş verən bu cür intiharlarda valideynlərin məsuliyyətini xüsusi qeyd etmək istərdim. Belə ki, övladlarını lap kiçik yaşlarından diqqət, qayğı və ən əsası da sevgi ilə əhatə etməli olan valideynlərin bəziləri nədənsə valideynlik vəzifələrini, uşağa görə məsuliyyət daşıdıqlarını unudurlar. Uşaqlarına zaman ayırıb sevgi, diqqət, qayğı göstərmək əvəzinə biganəlik, hətta deyərdim ki, aqressivlik nümayiş etdirir və yaxud valideyn sevgisini uşağa pal-paltar, oyuncaq və s. almaqla qarşılamağa üstünlük verirlər. Nəticədə uşaq özünə qapanır və onda valideynə qarşı nifrət hissləri belə yaranır. Valideynlər isə övladlarının psixoloji durumunu ya başa düşmür, ya da anlamaq istəmirlər. Sonra isə artıq çox gec olur. Və uşaq valideynlərini cəzalandırmaq üçün intihara əl atır…”,- J.Əhmədova vurğulayıb.

Deputatın fikrincə, uşaqların uşaq evlərinə düşməsinin, küçələrdə yaşamasının, intiharlarının əsas səbəbi valideyn məsuliyyətsizliyidir. Valideyn öz məsuliyyətini dərk etsəydi, bu kimi hallar yaşanmazdı. Valideyn məsuliyyətsizliyi səbəbindən baş verən intiharların qarşısının alınması üçün  həmin valideynlər birbaşa məsuliyyətə cəlb edilməlidir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Texnofest – 2023 yarışmasında Azərbaycan komandası qalib oldu

Kəmalə Sultan

Xaçmaz rayonunda növbəti təlim təşkil olundu

Elnarə Dərziyeva

“Ermənistan ordusu Azərbaycan mövqelərini 3-cü dəfə atəşə tutub”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu