25 C
Baku
20 İyul 2025, 7:56
Baş xəbərMədəniyyət

Yeniyetmənin möhtəşəm ifası alqışlarla qarşılanıb

Bugun.tv xəbər verir ki, Ulu öndər Heydər Əliyevin 100 illliyi ilə əlaqədar silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri də Alman Mədəniyyət Evində təşkil olunub. Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Milli liderə həsr olunan konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə yeniyetmə, istedadı ilə həmyaşıdlarından fərqlənən kamança ifaçısı Xalidə Bayramova özünəməxsus ifa tərzi ilə bu dəfə də alqışlara layiq görülüb.

Qeyd edək ki, o, əslən Naxçıvanın Babək rayonundandır. X.Bayramova Zeynəddin kənd Uşaq Musiqi Məkəbində oxuyub. Kamançanı Xalidəyə sevdirən isə öz anası və müəlliməsi Aynurə Bayramova olub.

Musiqiçi ailəsində doğulub boya-başa çatan istedadlı gənc, 3 il Naxçıvanda kamança üzrə daim birinciliklər qazanıb.

Ötən ildən Bakı şəhərinə köçən Bayramovlar ailəsinin qız övladı musiqi təhsilini Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbində davam etdirib.

O bu gün də ixtisası üzrə müxtəlif yarışlarda qalibiyyətlər qazanmaqda davam edir.  Diplom və medallara layiq görülür.

Kamaça müəllim Rəna Əliyevadan bu alətin sirrlərini daha da dərindən öyrəndiyini deyən Xalidə Bayramova istedadlı gənclərin yetişdirilməsində əsas rol oynayan musiqi məktəbinin direktoru, bəstəkar-pianoçu Sevda Rəhimovaya minnətdarlığını bildirib.

Bugun.tv olaraq bizdə Xalidə Bayramovaya fəaliyyətində və gələcək karyerasında uğurlar diləyirik!

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Avtobus uçuruma düşdü: Dəhşətli qəzada onlarla ölü

Aynur Camal

Naftalanda narkotik yetişdirən şəxs saxlanıldı

Kəmalə Sultan

“Əlil Qadınlar Cəmiyyəti” jurnalistlər üçün təlim keçirib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu