Malayziyada hərəkətli küçədə gəzən turist qəfil yaranan çuxura düşərək itib.
Malayziyanın paytaxtı Kuala-Lumpurda Hindistanlı turist qadın şəhərin mərkəzində insanların sıx olduğu küçədə gedərkən qəfildən qarşısında açılan çuxura düşüb. Çuxurun açıldığı ərazinin düz yanındakı skamyada oturan kişi dəliyə düşməkdən çətinliklə xilas olarkən, çuxurda itən qadının axtarışına başlanılıb.
Yerli xəbər agentliyi Malay Mail tərəfindən təqdim edilən ürpertici təhlükəsizlik kamera görüntülərində adı Vijaya Lakshmi Gali olduğu öyrənilən 48 yaşlı qadının səki qəfil çökdüyü zaman kvadrat formalı çuxura düşdüyü görünür. 8 metrlik çuxur böyüməyə davam edərkən, yanındakı skamyada oturan şəxsin əvvəlcə müvazinətini itirdiyi, lakin son anda möhkəm yapışaraq çuxurdan çıxmağı bacardığı görülüb.
Verilən məlumata görə digər detal isə qadının yoxa çıxmasından sonra Lakşminin qohumları olduğu zənn edilən bir qrup insanın çarəsiz halda dəlikdən baxaraq onu axtarmalarıdır.
İş üçün tez-tez Malayziya və Sinqapura səfər edən Lakşmi Qalinin hadisə zamanı məbədə getdiyi öyrənilib.
Digər tərəfdən, hadisədən 5-ci gün keçməsinə baxmayaraq xilasetmə qruplarının hələ də Lakşmiyə çata bilməməsi hadisənin digər təəccüblü elementi kimi diqqəti çəkir. Səlahiyyətlilər qadını tapmaq üçün 7/24 axtarış-xilasetmə işlərini davam etdirərkən, Hindistan Ali Komissiyasının Vijay Lakshminin ailəsi ilə əlaqə saxladığı və hadisələri onlara çatdırdığı ifadə edilib.
Mənbə: TGRT