17 C
Baku
10 İyun 2025, 1:49
Baş xəbərMədəniyyət

Yerli əhəmiyyətli memarlıq abidələrinə müdaxilə faktı qeydə alınıb

Bugun.tv-yə daxil olan məlumata əsasən, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 32, 32A, 38A və Səməd Vurğun 2 küçələrinin kəsişməsində yerləşən 3462 və 3417 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidələrinə müdaxilə faktı qeydə alınıb.

Memarlıq abidəsinə müdaxilə haqqında Mədəniyyət Nazirliyinə daxil olan məlumata əsasən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, hər iki tarixi abidənin birinci mərtəbəsinin fasad hissəsinin boya ilə rəngləndiyi müəyyən edilib. Qeyd edək ki, bu bina Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin istismarındadır.

Hazırda Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidənin ilkin vəziyyətinə gətirilməsi ilə əlaqədar tədbirlər həyata keçirilir.
Bildiririk ki, faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.

Bir daha diqqətə çatdırırıq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

Məlumat üçün xatırladaq ki, 3462 inventar nömrəli yerli əhəmiyyətli abidə 1898-ci ildə və 3417 inventar nömrəli yerli əhəmiyyətli abidə isə 1899-cu ildə inşa olunub.

Aynur Camal

Oxşar xəbərlər

Terrorçuların 11 sığınacağı məhv edildi

Kəmalə Sultan

“Kukla” əməliyyatı keçirildi: 100 şübhəli həbs edildi

Kəmalə Sultan

Yüksək dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu