17 C
Baku
18 Oktyabr 2024, 7:57
Baş xəbər

Yerə yaxınlaşan yeni kometanı adi gözlə görmək mümkün olacaq

Görünür, bu il də səma maraqlı hadisələrlə qarşılaşmağa davam edəcək.

“Tsuchinshan-ATLAS” adlı kometa Yerə doğru sürətlə irəliləyir. Gözlənildiyi kimi olsa, bu kometa ulduzlardan belə daha çox parlayacaq.

Aprel ayında baş verən “Böyük Şimali Amerika Günəş tutulması”ndan və bu ayın əvvəlindəki şimal işıqlarından sonra kainat yeni maraqlı hadisəyə şahidlik edəcək.

Bəs, “Tsuchinshan-ATLAS”ı digər ulduzlardan fərqləndirən nədir?!

Son illərdə “yaşıl kometa” və “şeytan kometa” kimi ulduz ziyarətçilərin şahidi olduq, lakin Tsuchinshan-ATLAS adi gözlə görüləcək qədər parlaq olmaq potensialı ilə seçilir.

Son illərdə “yaşıl kometa” və “şeytan kometa” kimi ulduzlar ortaya çıxdı, lakin “Tsuchinshan-ATLAS” adi gözlə görüləcək qədər parlaq olmaq potensialı ilə seçilir.

Qeyd edək ki, bu ilin sentyabr ayının sonunda Yerə yaxınlaşacaq bu sirli kometa oktyabrda planetimizin yanından cəmi 44 milyon mil uzaqlıqda keçəcək. Alimlərin fikirlərinə görə, həmin proses gözlə çox aydın şəkildə görünəcək. Həmçinin bunu da bildirməkdə fayda var ki, “Tsuchinshan-ATLAS”ın Günəşə yaxınlaşdıqca içindəki uçucu maddələrin yanması və parlaqlığı gözləniləndən aşağı ola biləcəyi də ehtimal edilir.

Səbinə Xeyirbəyova

Bugün TV

Oxşar xəbərlər

“Uşaqlar bizim gələcəyimizdir” adlı konfrans baş tutdu

Aynur Camal

Ukraynaya verilən F-16-lar Putini dəli etdi! Rusiya “ov” planı hazırladı

Aynur Camal

Mikroavtobusla cip toqquşdu: 12 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu