Bugun.tv xəbər verir ki, Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin sürücüsü narkotik vasitənin təsiri altında polislərə çətin anlar yaşadıb.
Keçirilən tədbirlər zamanı polis əməkdaşlarına tabesizlik göstərən şəxsin saxlanılması DYP əməkdaşları ilə birgə təmin edilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, 1987-ci il təvəllüdlü Rauf Qurbanovun idarə etdiyi avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub.
Bildirilib ki, O əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.
Bugun.tv-nin əməkdaşları məsələ ilə əlaqədar Bakı şəhər Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərlidən məlumat alıblar.
Onun sözlərinə görə, ilkin əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Qurbanov saxlanılaraq 19-cu Polisi Bölməsinə təqdim edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Araşdırmanın nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.