Baş xəbərKriminal

Yol hərəkəti qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olundu-VİDEO

Yol hərəkəti qaydalarını pozan şəxslər barəsində ümumilikdə 203 inzibati protokol tərtib edilib.

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən gün yol hərəkəti qaydalarının sürücü və piyadalar arasında təbliğinin daha da gücləndirilməsinə həsr olunan maarifləndirici tədbirlər keçirilib. Tədbir zamanı qadağan olunmuş saatlarda ağır tonnajlı yük avtomobilləri ilə yola çıxan, nəqliyyat vasitələrini səkilərdə, piyada keçidlərinin üzərində saxlayan sürücülər, həmçinin yolu təyin olunmamış yerdən keçən piyadalar aşkar olunub.
Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tədbir zamanı avtobusu dayanacaqdan kənarda saxlayan sürücülərlə də profilaktik söhbətlər aparıblar. Avtobus sürücülərinin diqqətinə çatdırılıb ki, sərnişin düşürən və mindirən zaman yollarda sıxlığın yaranmaması üçün nəqliyyat vasitələri ancaq müəyyən olunmuş dayanacaqlarda saxlanılmalıdır.
Tədbirlər zamanı yol polisləri tərəfindən ümumilikdə 203 inzibati protokol tərtib olunub. Həmçinin, saxlanılan nəqliyyat vasitələrindən dördünün sürücüsünün narkotik vasitənin təsiri altında, iki sürücünün isə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi aşkar olunub. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, Sabunçu rayonu ərazisində bu cür tədbirlər mütəmadi olaraq davam ediriləcək.

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu