16 C
Baku
1 Noyabr 2025, 8:28
Baş xəbərKriminal

“Yol hərəkəti qaydalarının pozulması halları artıb”

Daxili İşlər Nazirliyi məlumat yaydı

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Bugun.tv-yə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayonunun müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, dayanma-durma və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücülər müəyyən olunub.

Polis əməkdaşları tərəfindən həmin şəxslərlə izahedici söhbətlər aparılıb, yol verdikləri qayda pozuntuları onların diqqətinə çatdırılıb və barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər olunub.

Aynur Camal

Oxşar xəbərlər

Mayın 16-da gözlənilən hava şəraiti

Aynur Camal

Yük maşını aşıb: Yol 9 saat txaca bağlandı

Bugün TV

Yaponiyadakı zəlzələ bölgəsində 51 nəfər hələ də itkindir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu