22 C
Baku
16 Sentyabr 2025, 17:41
Baş xəbərDünya

Yol ikiyə bölündü! Güclü yağışlar fəlakət gətirdi

Yaponiyanın Çiba prefekturasının İçihara şəhərində 4 zolaqlı avtomobil yolu naməlum səbəbdən uçub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Yaponiyanın Çiba əyalətində fəlakətin astanasının qarşısı alınıb. İçihara şəhərində 4 zolaqlı avtomobil yolu səhər saatlarında naməlum səbəbdən uçub.

Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinə bağlı Çiba Milli Avtomobil Yolu İdarəsi çökmənin baş verdiyi magistralda yolun hər iki istiqamətdə nəqliyyata bağlandığını açıqlasa da, ölən və ya ölənlərin olmadığı bildirilib.

Səlahiyyətlilər bildiriblər ki, dünən bölgəyə yağan güclü yağışlar magistralın zəmini yumşalmasına səbəb ola bilər. Hadisə ilə bağlı ətraflı araşdırmaya başlanıldığı açıqlanıb.

Yaponiyanın Çiba əyaləti ötən gün güclü yağışlara məruz qalıb və bir çox bölgədə daşqınlar baş verib. Ştat daxilində 112 min insana təxliyə xəbərdarlığı edilərkən, qatarların hərəkətində də fasilələr yaranıb.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

İrina Şeyk Nyu Yorkun prestijli bölgəsindəki mənzilini satır

Aynur Camal

Yasamal rayon sakinlərinin şikayətinə niyə baxılmır?-VİDEO

Bugün TV

454 qeyri-qanuni miqrant tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu