9 C
Baku
9 Fevral 2026, 16:32
Baş xəbərHadisə

Yol-nəqliyyat hadisəsi baş verdi – ölən var

Səhər saatlarında Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bugun.tv -yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Belə ki, Bərdə rayon sakini Məhəmməd Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobil əvvəlcə “Mercedes” markalı avtomobillə toqquşub. Daha sonra isə yolun kənarı ilə hərəkətdə olan piyada, 58 yaşlı Xəyyam Hüseynovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Aynur Camal

Oxşar xəbərlər

“Minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılacaq” – Vüqar Bayramovdan açıqlama

Aynur Camal

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu